Türkiyədən ev alan azərbaycanlıların sayı azalır - Statistika

Azərbaycan vətəndaşları iyunda qonşu ölkənin daşınmaz əmlak bazarından 63 ədəd mənzil alıb.

2016-ci ilin iyununda Azərbaycan vətəndaşları Türkiyədən cəmi 63 ədəd mənzil alıblar. Bu da ötən ilin analoji dövrü ilə müqayisədə 12,5% azdır. 

2016-ci ilin yanvar-iyun aylarında isə azərbaycanlılar qonşu ölkədən 336 ədəd mənzil alıb, bu da ötən ilin anoloji dövrü ilə müqayisədə 13,84% azdır. 2015-ci ilin iyun ayında isə həmyerlilərimiz Türkiyədən 72, yanvar-iyun aylarında isə 390 ədəd mənzil alıb. 

Türkiyə mənzil bazarına ötən dövrlərdə olduğu kimi ən çox maraq göstərən ölkələr isə İraq, Rusiya və Səudiyyə Ərəbsitanı olub. Belə ki, iyun ayında İraq vətəndaşları Türkiyədən 214, Rusiya vətəndaşları 114, Səudiyyə Əərbistanı 112, Küveyt 110, Əfqanıstan isə 107 ədəd mənzil alıb./oxu.az/
 
MediaFax