Türkiyədən Azərbaycana gələn maşınlar yolda qalıb

Güclü qar və yolların buz bağlaması səbəbindən Türkiyədən Azərbaycana və Türkmənistana yük daşıyan çoxlu sayda ağırtonnajlı yük maşını Türkiyənin İranla sərhədində, dağlıq bölgədə qalıb.

Türkiyə KİV-ləri xəbər verir ki, güclü qardan sonra Ağrı-İran və Doğubeyazit-Çaldıran yolları buz bağlayıb. Nəticədə Gürbulak sərhəd-keçid məntəqəsindən keçib İran, Türkmənistan və Azərbaycana yük dşıyan çoxlu sayda TIR yolda qalıb. Maşınlar Ağrə-İran yolunun 20-ci kilometrliyindəki Tendürek keçidində  ilişib qalıblar və kilometrlərlə uzunluğunda tıxac yaradıblar. Yolun qar və buzdan təmizlənməsi üçün çoxsaylı texnika cəlb edilib. Ancaq bu gün daha bir qar fırtınası gözlənilir./virtualaz.org/

MediaFax