Türkiyədə təyyarə qəzası: ölənlər var

Türkiyədə təyyarə qəzaya uğrayıb.
 
Təkirdağın "Çorlu Hava limanı"nda təlim uçuşu üçün havaya qalxan təyyarə Ahimehmet kəndi yaxınlığında qəzaya uğrayıb. Hələlik qəzanın hansı səbəbdən baş verdiyi bilinmir.

Qəzada iki nəfərin həyatını itirdiyi bildirilir. Ölənlərdən birinin təlimçi pilot, digərinin isə şagird olduğu söylənilir. Hadisə yerinə xilasetmə qrupları və təcili tibbi yardım briqadası cəlb edilib./milli.az/
 
 





MediaFax