Türkiyədə polis idarəsi partladıldı: 9 şəhid, 70 yaralı - Yenilənib+Video

10:14

Türkiyənin Şırnaq vilayətinin Cizre rayonunda Çevik Polis İdarəsinə silahlı basqın olub.
 
İdarədə güclü partlayış törədilib. Partlayış nəticəsində bina tamamilə dağılıb. Hələlik hadisə nəticəsində ölən və ya yaralananlar barədə məlumat yoxdur. Hadisə yerinə 12 təcili tibbi yardım maşını, 2 təcili tibbi yardım helikopteri və xilasetmə briqadaları, qonşu rayonlardan hərbçilər və polislər cəlb olunub. Hazırda ərazidə atışma səsləri eşidilir. 
 
X X X
 
Türkiyənin Şırnaq vilayətinin Cizre rayonunda Çevik Polis İdarəsinin partladılması nəticəsində 9 nəfər ölüb, 64 nəfər yaralanıb.
 
Bu barədə "Reuters" məlumat yayıb./APA/
 
=====
12:18
 
"Türkiyənin Şırnak vilayətinin Cizre rayonunda Çevik Polis İdarəsinin partladılması nəticəsində 70 nəfər yaralanıb”.

Yerli mətbuatın verdiyi xəbərə görə, bunu Türkiyənin səhiyyə naziri Rəcəb Akdağ deyib. Onun sözlərinə görə, yaralılardan 4 nəfərin vəziyyəti ağırdır. Nazir hadisə zamanı ölənlərin olması barədə məlumatların dəqiqləşdirildiyini deyib. O, bununla bağlı dəqiqləşdirmə aparılandan sonra məlumat veriləcəyini vurğulayıb.
 

MediaFax