Türkiyədə partlayış törədən 2 terrorçu öldürüldü

Bu gün Türkiyədə partlayış törədilib.
 
Türkiyənin NTV telekanalının verdiyi məlumata görə, İzmirdə məhkəmə binasının önündə iki avtomobil partladılıb.
 
Hadisə yerinə çoxlu sayda təcili yardım və yanğınsöndürən maşın göndərilib.
 
Yaralıların olduğu bildirilir.
 
X X X 
 
Bu gün yerli vaxtla saat 16 radələrində İzmirdə məhkəmə binası qarşısında partlayış bomba yüklü avtomobillə törədilib.
 
Türkiyənin NTV telekanalınIn verdiyi məlumata görə, partlayış məhkəmənin C qapısında, yalnız hakim və prokurorların avtomobillərinin saxlanılmasına icazə verilən duracaqda törədilib.
  
Partlayışdan sonra atışma başlayıb. Partlayışı törədən terrorçulardan biri hadisə yerində öldürülüb. Hadisə yerindən qaçan digər terrorçu da polis tərəfindən zərərsizləşdirilib.
 
Partlayış nəticəsində ən azı 3 nəfər yaralanıb./APA/
 
MediaFax