Türkiyədə yeni həbs dalğası - Generallar da tutuldu

Türkiyə polisi ölkənin 13 vilayətində hərbi çevrilişə cəhddə ittiham olunan Fətullah Gülən hərəkatına qarşı genişmiqyaslı əməliyyatlara başlayıb.

Bu barədə Türkiyənin "Haber7" qəzeti məlumat verir.

Məlumata görə, əməliyyat çərçivəsində artıq 37 nəfər saxlanılıb.

Saxlanılanlar arasında Türkiyə SQ-nin istefada olan general və hərbçilərinin də olduğu qeyd olunur./trend.az/

MediaFax