Türkiyədə daha bir terror - Polis şəhid oldu

Türkiyənin Bingöl əyalətində minalanmış avtomobilin partladılması nəticəsində 1 polis ölüb, altısı polis əməkdaşı olmaqla 10 nəfər yaralanıb.
 
"Anadolu”nun verdiyi xəbərə görə, Genç rayonunda zirehli polis avtomobilinin yanında minalanmış avtomobil partladılıb. Məlumata görə, polis maşını minalanmış avtomobilin yanından keçərkən partladıcı qurğu işə salınıb.
 
Partlayışın PKK tərəfindən təşkil edildiyi ehtimal olunur. Hadisə baş verdiyi ərazidə axtarış-əməliyyat tədbirləri həyata keçirilir./APA/  

MediaFax