Türkiyədə “canlı bomba” özünü partlatdı: 3 polis şəhid oldu, 11 yaralı var

Türkiyənin Qaziantep şəhərində İŞİD terrorçusunun üzərindəki partlayıcı qurğunu işə salması nəticəsində 3 polis şəhid olub.
 
Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, 4 suriyalı olmaqla 8 nəfər yaralanıb.
 
Bir terrorçu yaralı ələ keçirilib. Polis şəhərdə daha bir "canlı bomba”nı axtarır. 
 

MediaFax