Türkiyədə növbəti terror: 5 əsgər şəhid oldu, 8-i yaralandı

Türkiyədə hərbi maşının keçidi zamanı partlayış törədilib.
 
"Hürriyet” qəzetinin verdiyi məlumata görə, Şırnakın Uludərə qəsəbəsində PKK terrorçuları hərbi maşın keçərkən öncədən yola basdırdıqları partlayıcı qurğunu işə salıblar.
 
Partlayış nəticəsində 5 əsgər şəhid olub, 8 əsgər yaralanıb. Yaralıların bəzilərinin durumu ağırdır. Bölgədə geniş miqyaslı əməliyyat başlanıb./apa.az/

MediaFax