Türkiyə təyyarəsi məcburi eniş etdi - İranda

Türkiyənin "Turkish Airlines" milli aviaşirkətinə məxsus sərnişin təyyarəsi fevralın 4-də İranın Zahedan şəhərində məcburi eniş edib.

İRNA agentliyi məlumat verir ki, təyyarə İstanbul-Vyetnam reysi üzrə hərəkət edirmiş.
 
Məlumata görə, təyyarə sərnişinlərdən birinin səhhətinin kəskin pisləşməsi səbəbindən məcburi eniş edib.

Təyyarə yerli vaxtla saat 7:35-də eniş edib və sərnişin Zahedan şəhər xəstəxanasına aparılıb.

Məlumata görə, təyyarə reys üzrə hərəkəti icazə alındıqdan sonra davam etdirəcək./aznews.az/

MediaFax