Türkiyə PKK-nın başına bomba yağdırdı - 15 ölü

Türkiyə Tunceli vilayətinin dağlıq bölgəsində PKK terrorçularını bombardman edib.
 
Axar.az xəbər verir ki, terrorçuların bombardmanı zamanı F-16 təyyarələri və Kobra helikopterlərindən istifadə edilib. Nəticədə 15 terrorçu məhv edilib. Türkiyə mətbuatı bu terrorçuların qrup halında ölkəyə keçməyi planlaşdırdığını bildirib.  

MediaFax