Türkiyə ordusu 19 PKK-çını məhv etdi

Türk ordusu hücuma keçmək üçün hazırlıqlara başlayan PKK terrorçularına zərbə endirib

Ölkə.Az xəbər verir ki, Şimali İraqın Gara bölgəsində təşkil edilən hava hücumu nəticəsində 19 terrorçu məhv edilib.

Türk ordusu hərbi təyyarələr vasitəsilə terrorçulara qarşı əməliyyat keçirib.

Türk ordusundan verilən xəbərə görə, 19 terrorçu məhv edilib, 2 sığınacaq, 1 logistika binası və 3 mərkəz dağıdılıb.

Əməliyyatı uğurla başa çatdıran pilotlar bazaya geri qayıdıblar.

MediaFax