Türkiyə həbsxanaları dolub, 40 minə yaxın məhbus buraxılır

Türkiyədə 38 min məhbus azad ediləcək.

Bu barədə ölkənin ədliyyə naziri Bekir Bozdağ tvitter hesabında məlumat verib.

Məhbuslar "nəzarət edilən azadlıq” islahatı əsasında azadlığa çıxacaqlar. Onlar sınaq müddəti təyin olunmaqla cəzaların çəkilməyən hissəsindən azad ediləcəklər.

Belə bir qərarın qəbul edilməsinə səbəb isə ölkədə hərbi çevriliş cəhdindən sonra həbslərin artması və həbsxanalarda yer çatışmazlığı göstərilir.

Qeyd edək ki, daha əvvəl Bozdağ açıqlamasında çevriliş cəhdindən sonra ölkədə 26 min nəfərin saxlanıldığını bildirmişdi./moderator.az/

MediaFax