Mindən çox məmur qaçıb

"Hazırda dövlət idarələrində çalışmış 1000-dən çox məmur son hadisələrlə bağlı axtarışdadır”.
 
APA-nın xəbərinə görə, bunu "Reuters”ə açıqlamasında Türkiyə baş nazirinin müavini Mehmet Şimşək deyib.
 
M. Şimşək Ədalət və İnkişaf Partiyasının (AKP) hakimiyyəti dövründə "gülənçi”lərin gücləndiyini etiraf edib: "Bizim dövrümüzdə "gülənçi” şəbəkənin sərbəst hərəkət etdiyi doğrudur. Lakin onlar AKP hakimiyyətindən əvvəl orduya daxil olublar. Biz onların ölkə üçün müsbət işlər gördüyünü düşünürdük. Prezident Ərdoğan təhlükəni gördüyü anda lazımi reaksiya verdi”.
 
MediaFax