Türk Hava Yolları Bakıya uçuşu dayandırdı - SƏBƏB

Türk Hava Yolları (THY) Azərbaycan paytaxtına uçuşları dayandırıb.

Buna səbəb ölkəyə güclü qar yağmasıdır. Lakin təxirə salınan uçuşlar təkcə Bakıya aid deyi - THY daxili və xarici reyslər daxil olmaqla 23 səfəri təxirə salıb.

"Qafqazinfo”nun "Hurriyet”ə istinadən verdiyi məlumata görə, 29-30 dekabr tarixləri üçün öncədən nəzərdə tutulmuş, lakin əlverişsiz hava şəraitinə görə təxirə salınan səfərlər arasında Ərbil, Tehtan, Brüssel, Varna, Hamburq daxil olmaqla Bakı da var.

MediaFax