Türk əsgərlərinə hücum edildi: 2 şəhid, 12 yaralı

Suriyanın Əl-Bab bölgəsində türk əsgərlərinə hücum edilib, ölənlər və yaralananlar var.
 
"Hürriyet”in verdiyi xəbərə görə, İŞİD terrorçuları bomba yüklənmiş avtomobillə Türkiyə Silahlı Qüvvələrinin kommando taborunun yerləşdiyi məntəqəyə hücum edib.
 
Partlayış və daha sonra başlayan atışmalarda 2 türk əsgəri həlak olub, 12-si yaralanıb. Azad Suriya Ordusu əsgərləri arasında da yaralılar var. Yaralılar Türkiyənin Qaziantep şəhərinə aparılıb.
 
Qeyd edək ki, Türkiyə 106 gündür Suriya ərazisində "Fərat qalxanı” adı verilən hərbi əməliyyat həyata keçirir./APA/

MediaFax