Türk aviasiyası terrorçulara dəhşət yaşatdı

Türkiyə ordusu bu gün Suriyadakı kürd qruplaşması PYD-nin silahlı qanadı YPG-nin Cerablus bölgəsinin Tilemarne kəndindəki mövqelərini uzaqvuran top və hərbi təyyarələr vasitəsilə bombardman edib.
 
"Sputnik Türkiye” agentliyinin verdiyi məlumata görə, bunu YPG-nin daxil olduğu Suriya Demokratik Qüvvələrinin xarici əlaqələr üzrə nümayəndəsi Abdulaziz Yunus deyib. Hadisə bu gün səhər baş verib. Türkiyə Silahlı Qüvvələri "Fırtına” topları və hərbi təyyarələr vasitəsilə Cerablusun 8 km cənubunda yerləşən Tilemarne kəndinə zərbələr endirib. A. Yunus bombardman nəticəsində ölənlər və yaralananlar olduğunu bildirib.  
 
Xatırladaq ki, Türkiyə PYD və YPG-dən Fərat çayının qərb sahilindən geri çəkilməyi tələb edib. ABŞ da bu tələbi dəstəkləyib./apa.az/

MediaFax