“Tu-154”ün “qara qutu”su tapıldı

Dalğıclar Rusiya Müdafiə Nazirliyinin Qara dənizdə qəzaya uğramış "Tu-154" təyyarəsinin "qara qutu"sunu tapıblar.

"Report"un məlumatına görə, bu barədə "TASS" agentliyi güc strukturundakı mənbəyə istinadən xəbər verib.

"Təyyarənin kabinəsinin altında axtarış işlərinin gedişatında bir qara yeşik aşkar edilib. Yaxın vaxtlarda o sudan çıxarılacaq", - deyə mənbə bildirib.

Mənbə həmçinin bildirib ki, həlak olmuş 3 şəxsin cəsədi və böyük miqdarda cəsəd qalıqları da qəzanın baş verdiyi ərazidə aşkar edilib.

MediaFax