Trampın qalmaqallı çıxışı yayıldı

ABŞ prezidentliyinə Respublikaçılar Partiyasının namizədi Donald Trampın 9 il əvvəlki proqramdaçı çıxışı yayılıb.
 
Bunu "The Washington Post” yayıb.

Milyarder həmin çıxışında utanmadan ərli qadınlarla uğursuz sevgi romanlarından bəhs edir. 

O, teleaparıcı Billa Buşa deyib ki, hansısa qadına vurulub, ancaq xanım onu rədd edib.

"Mən onu yola gətirməyə cəhd etmişəm... O, ərdə idi. Mən onu ələ almaq üçün çox əlləşdim, ancaq heç nə alınmadı”, - Tramp bəyan edib.
 
Milyarder etiraf edib ki, gözəl qadınlar onu maqnit kimi cəlb edir: "Mən onları dərhal bağrıma basıb öpürəm. Razılıqlarını gözləmirəm, sən ulduz olanda, onlar buna imkan verirlər”.

Respublikaçıların qərargahında qalmaqaldan sonra da bu çıxışın real olduğu təkzib edilməyib./modern.az/

MediaFax