Trampın Obama ilə görüşü - Maraqlı foto

ABŞ-ın yeni prezidenti Donald Trampın sələfi Barak Obama ilə görüşündə liderlərin hərəkətləri diqqət çəkib.
 
Bədən dili eksperti Patti Vud deyib ki, Obamanın ayaqlarını rahat şəkildə bir-birindən geniş tutması maraqlı məqamdır.

Ekspert bildirib ki, prezident  Obama bununla şüuraltı olaraq Trampla müqayisədə "mən hələ də üstünəm” mesajını verib.

Donald Trampın isə əlini bir-birinə sıxaraq oturması onun hələ də çəkingənliyini, qorxusunu göstərir.

"Obama son dərəcə yorğundur, sanki istefa verib və ümidli deyil, lakin hələ də prezidentdir. Tramp isə ciddi görsənir . Onda, sanki özü haqqında qorxulu bir məlumat eşitmiş kimi əlamətlər görünürdü”-deyə o bildirib./modern.az/
 
MediaFax