Tramp İŞİD planını rədd etdi - SƏBƏB

Donald Tramp administrasiyası eks-prezident Obamanın Rakka şəhərinin İŞİD-dən azad edilməsi ilə bağlı planından imtina edib.

"Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, eks-prezidentin dönəmində üzərində 7 ay işlənilən plan bu günlərdə Tramp administrasiyasına ötürülüb. Lakin Trampın komandası milli təhlükəsizlik baxımından planı faydasız hesab edərək kənara tullayıb. Yeni komanda hesab edir ki, Obamanın planı çox risklidir

Bundan başqa, planda Rusiya və Türkiyə ilə birgə hərəkətə dair heç bir məqam olmadığından Tramp administrasiyası üçün yetərsiz qəbul olunub.

Qeyd edək ki, Donald Tramp seçkiqabağı kampaniyası zamanı, həmçinin seçkiləri qazandıqdan dərhal sonra İŞİD-i ən qısa zamanda yox edəcək addımlar atacağına vəd vermişdi.

MediaFax