Tramp İngiltərəyə gəlməsin - Partiya lideri

ABŞ prezidenti Donald Trampın 7 ölkəyə qoyduğu viza qadağasına İngiltərədən reaksiya gəlib.

"BBC” xəbər verir ki, İngiltərə Leyboristlər Partiyasının lideri Ceremi Korbin müsəlmanlara qoyulan qadağa qaldırılanadək Trampın İngiltərəyə buraxılmamasını istəyib. C.Korbin İngiltərənin baş naziri Tereza Meyə səslənərək, Trampı dəstəkləməməsini tələb edib. 

Partiya lideri deyib: "Tramp haqları və azadlıqları qoruyacağını sübut edənə qədər İngiltərəyə çağırılmasın”./musavat.com/

MediaFax