Traktor minik maşını ilə toqquşdu: ana və oğlu öldü

Yevlax və Goranboyda ölümlə nəticələnən yol-nəqliyyat hadisələri qeydə alınıb.
 
DİN-in saytının verdiyi məlumata görə, avqustun 29-da saat 23 radələrində Yevlax rayonunun Qaraməmmədli kəndində kənd sakinləri Əli Heydərovun idarə etdiyi "MTZ-80” markalı traktorla və Qəhrəman Allahverdiyevin idarə etdiyi "VAZ-2106” markalı avtomobil toqquşub. Nəticədə Q.Allahverdiyev və sərnişini - anası Raya hadisə yerində ölüb.
 
Avqustun 28-də isə Goranboy rayonunun Dəliməmmədli şəhərində rayon sakini Pünhan Məsiyev idarə etdiyi "VAZ-2106” markalı avtomobili yolun kənarındakı ağaca vurub. Nəticədə P.Məsiyevin sərnişini Süleyman Əliyev hadisə yerində ölüb, özü isə xəstəxanaya yerləşdirilib.
 
Hər bir faktla bağlı araşdırma aparılır. 

MediaFax