Timoşenko Trampla görüşdü

ABŞ prezidenti Donald Tramp Ukraynanın Baktivşina Partiyasının sədri Yuliya Timoşenko ilə görüşüb.

Bu barədə informasiyanı ABŞ-ın Milli Təhlükəsizlik Şurasının Mətbuat Xidməti yayıb.

Tərəflər arasında görüş Vaşinqtonda səhər yeməyi zamanı olub. Şura görüş zamanı Timoşenkoya heç bir rəsmi təminatın verilmədiyini bildirib.

Qeyd edək ki, Timoşenko ilə Donald Trampın görüşü 20 dəqiqə davam edib./axar.az/

MediaFax