Tikinti şirkətləri ilə bağlı şikayətlərin sayı azalmır. Hətta əksinə, şikayətlərin əhatəsi genişlənir.
Bunu saytımıa Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov deyib.
E.Hüseynovun sözlərinə görə, Yasamal rayonunda yerləşən "İnşaatçı” MTK ilə daxil olmuş şikayətlə bağlı məhkəməyə müraciət edilib. "İstehlakçıdan kommunal haqqı kimi artıq alınmış 3451 manatın geri qaytarılması üzrə Yasamal Rayon Məhkəməsində baxılan iddia təmin edilib”, - E.Hüseynov deyib.
Şikayətlərdən biri də "Meqasiti Holdinq” MMC-dəndir. Şirkət tərəfindən inşa edilmiş mənzil bir neçə nəfərə satılıb. Bununla bağlı məhkəməyə müraciət edilib.
"Abşeron rayonu, Sumqayıt şossesi, 7-ci kilometr ünvanında yerləşən "Akkord İnşaat Sənaye” ASC ilə bağlı daxil olan şikayətdə isə deyilir ki, mənzildə yaşamayan ev sahiblərindən hər ay 50 manat kommunal xidmət pulu alınır. Vətəndaş kommunal ödənişin müqabilində ona verilən maliyyə sənədinin saxta olduğunu iddia edir. Problem həllini tapsa da, yeni tikilən binalarla bağlı şikayətlərin təhlili göstərir ki,vətəndaşlardan alınmış pulların müqabilində vergi qanunvericiliyi ilə müəyyən olunmuş rəsmi sənəd (qəbz) verilmir”, - təşkilat rəhbəri əlavə edib.
E.Hüseynov deyib ki, tikinti şirkətləri ilə bağlı şikayətlər bu sahədə ciddi nəzarətə ehtiyac olduğunu göstərir./virtualaz.org/
MediaFax