Tibb üzrə Nobel mükafatı ona qismət oldu

Bu gün Stokholmda Nobel Komitəsi tibb üzrə Nobel mükafatının qalibini elan edib.
 
2016-cı il üzrə Nobelin qalibi yapon alim Yoşinori Osumi elan edilib. O bu mükafata autofaqiya (hüceyrə daxilində lazım olmayan strukturların məhv edilməsidir-red.) mexanizminin öyrənilməsindəki xidmətlərinə görə layiq görülüb.

Qeyd edək ki, mükafatlandırma mərasimi ənənəvi olaraq dekabrın 10-da - mükafatın təsisçisinin ölüm günündə keçiriləcək.

Bu il hər Nobel mükafatının məbləği 8 milyon isveç kronu (932 min dollar) təşkil edəcək./qafqazinfo.az/

MediaFax