Təyyarə qəza enişi etdi - Video

İsveçrənin "Swiss International Air Lines" aviaşirkətinə məxsus təyyarə Kanadanın İkaliut şəhər aeroportunda məcburi eniş edib. 
 
Enişə səbəb mühərriklərdən birinin sıradan çıxması olub. 

Məlumata görə,  təyyarə Surix-Los Anceles reysi üzrə uçurmuş. 

Xəbər verilir ki, texniki problem təyyarənin sol mühərrikinin xarab olması nəticəsində yaranıb və sərnişinlər dərhal təxliyə edilib. İtkinin olmadığı bildirilir./musavat.com/
 

MediaFax