Türkiyədəki terrorla bağlı 15 nəfər saxlanıldı - Yenilənib

17.12.2016
18:43 
 
Türkiyədə Kayseri vilayətində törədilən teror aktında əlaqəsi olan 7 nəfər saxlanılıb, daha 5 nəfər isə axtarışdadır.

Anadolu agentliyinin verdiyi məlumata görə, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib.

Onun sözlərinə görə, hüquq mühafizə orqanları tərəfindən terror aktında əli olan şəxslərin tutulması üçün zəruri tədbirlər aparılır. Soylu əlavə edib ki, hazırda yaralıların sayı 56 nəfərə çatıb. Onlardan dördü ağır vəziyyətdədir.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinin yaydığı məlumata görə, Kayseri vilayətində baş vermiş partlayış nəticəsində 14 nəfər ölüb./trend.az/
 
---------------- 
18.12.2016 
09:05
 
Türkiyənin Kayseri şəhərində ötən gün törədilən partlayışla əlaqədar saxlanılan  şəxslərin sayı 15-ə çatıb.
 
Bu barədə "Milliyet” yerli prokurorluğa istinadən məlumat yayıb.  
 
Bundan əvvəl 7 nəfərin saxlanıldığı, daha 5 nəfərin axtarıldığı bildirilmişdi.
 
Qeyd edək ki, Kayseridə törədilən partlayış nəticəsində 14 nəfər ölüb. Terrorçu-kamikadzenin idarə etdiyi avtomobil içərisində hərbçilərin olduğu avtobusa çırparaq, partlayıcı qurğunu işə salıb.  Hadisə şəhərdəki Ərciyəz Universiteti şəhərciyinin yaxınlığında qeydə alınıb.
 
Xəstəxanalara 50-dən çox yaralı yerləşdirilib, onlardan 12-si reanimasiyadadır. Yaralılardan dördünün vəziyyəti ağır olaraq qalmaqdadır.  
 
Terror aktının PKK terrorçuları tərəfindən törədildiyi bildirilir./APA/
 
MediaFax