Terrorçu olay yerindən necə qaçıb?

Türkiyədə İstanbulun Beşiktaş rayonunda "Reina" gecə klubuna silahlı hücum edən şəxs taksi ilə olay yerindən qaçıb.

Gecə klubundan verilən məlumatda silahlı şəxsin paltarını dəyişdikdən sonra hadisə yerindən taksi ilə qaçdığı bildirilib.

Silahlı şəxsin Quruçeşmə səmtində taksidən düşdüyü qeyd edilib. Polis briqadaları bölgədəki bütün təhlükəsizlik kameralarını təhlil edir.

İstanbul polisi də ehtimal edir ki, qatil qaçarkən 500 türk lirəsini hücum edərkən geyindiyi paltarda unudub.

Qeyd edək ki, ötən gün baş verən silahlı hücumda 39 nəfər həlak olub, 69-u isə yaralanıb. "Qardian" özəl mənbələrə istinadla terrorçunun artıq zərərsizləşdirdiyini yazsa da, xəbər hələlik təsdiqlənməyib./axar.az/

MediaFax