Təmas xəttində 200 snayper yerləşdirildi

Ukrayna Silahlı qüvvələri Debaltsevo rayonuna 200 snayper yerləşdirib.

"RİA-Novosti” agentliyi xəbər verir ki, bu haqda "Donetsk Xalq Respublikası” separatçı rejiminin "baş komandanının müavini” Eduard Basurin jurnalistlərə açıqlamasında bildirib.

"Bizim kəşfiyyatımız müəyyən edib ki, Ukrayna Silahlı Qüvvələri təmasın xəttinə yaxın ərazidə mövqelərini gücləndirir”, - deyə Basurin vurğulayıb./publika.az/

MediaFax