Telekanalda ixtisarlar gözlənilir - Maliyyə sıxıntısı

ARB TV-də yeni ildən bəzi verilişlərin yayımının dayandırılma ehtimalı olduğu və ixtisarların olacağı iddia olunur.

Sentyabr ayında rebrendinq edərək, yeni proqramlara və ümumi efir konsepsiyasına xeyli vəsait ayıran ARB TV-də maliyyə problemləri yaranmağa başlayıb.

Ölkə.Az xatırladır ki, telekanal bu ilin sentyabr ayında həyata keçirdiyi rebrendinqdən sonra əsasən fəaliyyəti dayandırılmış ANS TV olmaq üzrə bir çox televiziya kanallarından tanınmış simaları işə dəvət edərək komandalarına qatıblar.

Məsələ ilə bağlı ARB TV nin strateji inkişaf və media direktoru İsmayıl Həsənovla əlaqə saxladıq, lakin o, qeyd edilən iddialara münasibət bildirmək istəmədi.
 
Yalnız onu vurğuladı ki, telekanal olaraq 2017 –ci ildə əsas məqsədləri sırasında yeni efir konsepsiyasının və formalaşdırılan komandanın qorunması olacaq./qaynarinfo.az/

MediaFax