“Təhlükəli” xoruz həbsxanaya salındı - Qəribə səbəb

Hondurasda xoruz həbsxanaya salınıb.
 
"Daily Mail”in yazdığına görə, buna səbəb quşun iki qonşu arasında ölümcül əlbəyaxa davaya səbəb olmasıdır.

Qonşulardan birini evinin pəncərəsinin qabağındakı ağaca çıxıb banlayan xoruzun səsi narahat edib. O, bununla bağlı qonşusuna irad bildirdikdə aralarında mübahisə yaranıb və kişilər dalaşmağa başlayıblar. Onlardan biri digərini öldürməklə hədələdikdə qonşular polisə zəng vurublar.

"Cinayətkar” saxlanılıb./virtualaz.org/

MediaFax