Təcili yardımın həkimlərini döydülər: “Vaxtında yardım etməyiblər”

Gəncədə dağıntılar altında qalan qızların qohumları iki tibb bacısına xəsarət yetiriblər.
 
APA-nın verdiyi məlumata görə, bu gün Gəncədə uçmuş divar altında qalan iki bacını xəstəxanaya aparan zaman onların qohumları tibb bacılarının xəstələrə vaxtında yardım göstərmədiyini əsas gətirərək səhiyyə işçilərinə xəsarət yetiriblər.
 
Dərhal DİN-in 102 xidmətinə məlumat verilib. Əraziyə gələn hüquq mühafizə orqanlarının əməkdaşları araşdırma aparırlar.
 
Qeyd edək ki, bu gün saat 17 radələrində Gəncənin "Vtoroy çast” adlanan ərazisində evin divarının uçması nəticəsində 14 yaşlı Sona və 15 yaşlı Mehparə İsmayılova bacıları dağıntılar altında qalıblar. Xəstəxanaya aparılan zaman onlardan biri Sona İsmayılova ölüb, onun bacısı isə xəstəxanaya yerləşdirilib.

MediaFax