Tanınmış ziyalı əməliyyata hazırlaşır - EKSKLÜZİV

Gorkəmli Azərbaycan jurnalisti, yazıçı-publisist, uzun illər Dövlət Televiziya və Radio Verilişləri şirkətində çalışmış İntiqam Mehdizadə əməliyyat olunacaq.

Mediafax.Az-ın əldə etdiyi məlumata görə, İ.Mehdizadə son günlər ona əziyyət verən xəstəlikdən xilas olmaq üçün oktyabrın 25-də cərrahi əməliyyata yollanacaq.
 
P.S. Gəlin hörmətli ziyalımıza şəfalar diləyək, onu əməliyyat edəcək cərraha isə "gözünüz nurlu, barmaqlarınız şəfqətli olsun" deyək.


İntiqam Mehdizadə 1945-ci ildə İsmayıllı şəhərində anadan olub. Azərbaycan Dövlət Universitetinin jurnalistika şöbəsini bitirib. Üç il "Azərbaycan gəncləri" qəzetində  işləyəndən sonra, 1973-cü ildə Azərbaycan Dövlət Teleradio Verilişləri Komitəsində redaktor vəzifəsinə təyin olunub. Burada böyük redaktor, şöbə müdiri, baş redaktor vəzifələrinə qədər yüksəlib.
                        
6 kitab müəllifidir. Respublika Mətbuat Fondunun Ali "Dan Ulduzu", Jurnalistlər Birliyinin H.B.Zərdabi  adına və "Qızıl qələm" mükafatları laureatıdır.

Hal-hazırda müstəqil jurnalist olaraq fəaliyyət göstərməkdədir.

MediaFax