Tanınmış türk aktyor yol qəzasında həyatını itirdi

Türkiyənin tanınmış aktyorlarından olan Erdal Tosun İstanbulda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində ölüb.
 
Bu gün səhər saatlarında Sarıyer rayonunda sürətlə hərəkət edən avtomobil maneəyə çırpılaraq, Erdal Tosunun idarə etdiyi maşının üstünə düşüb. Avtomobilinin içərisində sıxılan aktyor hadisə yerində ölüb. 1963-cü il təvəllüdlü Erdal Tosun onlarla film və serialda rol alıb, tamaşalarda oynayıb./APA/

MediaFax