Tanınmış reperin konserti uğursuz oldu

Anar Nağılbazın "Azərbaycan repinə dəstək” adlı konserti uğursuzluqla nəticələndi.

24 sentyabrda nəzərdə tutulan konsert hava şəraiti pis olduğunu görə 25 sentyabra keçirildi. Konsertin təxirə salınması ilə  tamaşaçlılarının bir qismini itirən Anar,  25 sentyabrda da saatın gec olmasına baxmayaraq Yaşıl Teatrın konsertə gələnləri  qapı arxasında saxlaması ilə də bir qisim izləyicinin  itirilməsi ilə nəticələndi. Vəziyyətin heç də xoş olmadığını görən Anar qapı arxasında gözləyən tamaşaçılara yaxınlaşaraq üzr istədi.
 
Daha sonra Anarın özündən öyrəndik ki, xoşa gəlməz halın yaşanmasında günahkar özünü "təşkilatçı” adlandıran reper Ramaldır. Vaxtında konsertə gəlməməsi, təşkilatı işlərin hədsiz aşağı səviyyədə aparılması sözü gedən problemin yaranmasına səbəb olub.  Eyni zamanda Anar Nağılbaz konsertin həmin gün keçirilməsindən də narazı qalıb. İfaçı əslində sözü gedən tədbirin oktyabr ayında baş tutmasının tərəfdarı olub.
 
Xeyli müddətdən sonra içəri daxil olan tamaşaçılar bu dəfə yerlərini tapmaqda çətinlik çəkdilər.  Teatrın təşkilatçıları zəhmət çəkib tamaşaçılar üçün zalı  da işıqlandırmadılar.  Biletlərində yazılan yerləri tapmaq üçün əksəriyyəti əl  telefonlarından istifadə edirdi. 2500 tamaşaçı tutumu olan Yaşıl teatrda sözü gedən konsertdə 200 izləyici çətin ki olardı. Uzun zamandan sonra başlayan konsertin kifayət qədər maraqlı iştirakçıları olsa da tez-tez texniki qüsurların yaşanması, mahnıların vaxtında verilməməsi həm ifaçılara həm də tamaşaçılara xoşa gəlməz hallar yaşadırdı. Konsertin baş səbəbkarı Anar Nağılbazın isə yaranan vəziyyətdən xəcalət çəkdiyi üzündən görünürdü./gununsesi.info/

MediaFax