Tanınmış prodüser yeni telekanal açır

Tanınmış türkiyəli prodüser Acun Ilıcalı yeni telekanal açacaq. 

Yunanıstanda "O Səs" və "Survivor" layihələrini həyata keçirən Ilıcalı bu ölkədə telekanal açmaq fikrinə düşüb. O, yunan dilini bilən türkiyəli jurnalistləri işə dəvət edib.

Acun Ilıcalının Yunanıstanda satışa çıxarılan kanallardan birini alacağı, ya da tamamilə yeni telekanal yaradacağı barədə hələlik açıqlanma verilməyib./lent.az/

MediaFax