Tanınmış müğənni qadağadan yazdı - Yenilənib

12:16 
 
Ötən gün Vergilər Nazirliyi vergi borcuna görə ölkədən getmə hüququ məhdudlaşdırılmış fiziki şəxslərin adını açıqlayıb.
 
Siyahıda Azərbaycanın əməkdar artisti Abbas Bağırov da var.

Xatırladaq ki, Vergilər Nazirliyi Abbası vergi ödəmədiyi üçün 30 min manat dəyərində cərimələmişdi. 

Müğənni isə vergi işçisinin toyuna getmədiyi üçün ona 30 min manat dəyərində vergi borcu yazıldığını iddia etmişdi./qafqazinfo.az/
 
--------------
17:30 
 
Əməkdar artist Abbas Bağırov vergi borcuna görə ölkədən çıxışına qadağa qoyulması barədə yayılan məlumatlardan bəhs edib. 

Əməkdar artist sosial şəbəkədə bildirib ki, narahatlığa səbəb yoxdur: "Dəyərli dostlar və diqqətli mətbuatımız, inşallah, hər şey yaxşı olacaq. Azərbaycandayam və yaxın 100 ildə bu ölkədən heç yerə gedən deyiləm. Cənab prezidentimiz mənə bu qədər fəxri ad verib. Xalqın sevgisini heç zaman itirmərəm. Azərbaycanımız naminə uğurlarımız bol olsun".

Qeyd edək ki, Vergilər Nazirliyi vergi borcuna görə ölkədən getmə hüququ məhdudlaşdırılmış fiziki şəxslərin adını açıqlayıb. Siyahıda əməkdar artist Abbas Bağırov da var.

Bir müddət öncə Vergilər Nazirliyi A. Bağırovu vergi ödəmədiyi üçün 30 min manat cərimələdiyi haqda məlumatlar yaymışdı. 

Müğənni isə vergi işçisinin toyuna getmədiyi üçün ona vergi borcu yazıldığını bildirmişdi: "Mənə zəng vurublar ki, sizin 30 min manat borcunuz var və siz ƏDV-yə düşdünüz. Sübutsuz və mənimlə heç bir hesabat atmadan bu addımı atdılar. Belə şey başıma birinci dəfə gəlmir. 10 min manata toya gedirəmsə, onun hamısını vergi əməkdaşı necə hesablaya bilər?

Bəs mənimlə çalışan musiqiçilər nə qazanır? Çəkilən kliplərə, mahnılarımın aranjimanlarına, toyda mənimlə birgə gedən musiqiçilərin alətlərinin yenilənməsinə xərclənən pullar hardandı? Kimə şikayət edək? Belə özbaşınalıq olmaz”./musavat.com/
 
MediaFax