Tanınmış müğənni Çovdarovla əlaqəsindən danışdı

"Akif Çovdarov nə oxuyandır, nə də aranjimançı. Mənim onunla heç bir əlaqəm yoxdur”.

Bu sözləri Mediafax.Az-a açıqlamasında müğənni Manaf  Ağayev dələduzluqda təqsirləndirilən "Real MTK”nın təsisçisi və rəhbəri İlham Qasımovun cinayət işi üzrə bu gün keçirilən məhkəmə prosesində adının halanmasına münasibətində bildirib.

Müğənni İlham Qasımovla qohum olduğunu və həmin binada yaşadığını qeyd edib: "Bina sakinlərinin hər birini danışdırırlar. Mənim orada qarajım var. Hələ danışmamışam. Ziyançəkən deyiləm, heç bir şikayətim yoxdur. Qohum kimi məhkəmədə iştirak edirəm”.

Müğənni adının Akif Çovdarov məsələsində hallanmasına görə əsəbiləşdiyini  də gizlətməyib: "Mən onu tanımıram, həyatda da görməmişəm. Mən müğənniyəm, o, hara, mən hara? Bunu bir araşdırmaq lazımdır, ya yox.  Heç hakimin də adı düz yazılmayıb. Belə şey olmaz axı”.

Qeyd edək ki, İ.Qasımov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirli bilinir.
 
Xatırladaq ki, İ.Qasımovun adı həm də ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun cinayət işi üzrə zərərçəkmiş qismində keçir.

MediaFax