Tanınmış jurnalistlər ailə qurur

Bu gün tanınmış telejurnalist İradə İsaq ailə həyatı qurur.

Toy Bakıda məşhur restoranların birində keçiriləcək.

Qeyd edək ki, İradə İsaq jurnalist Yaşar İsakova ərə gedir. Sentyabrın 1-i eyni zamanda, aparıcının ad günüdür.

***

Teleaparıcı sosial şəbəkədə onu təbrik edənlərə təşəkkürünü bildirib, toy hazırlıqları ilə məşğul olduğunu qeyd edib:

"Bu günü Yaradan ömrümə həm doğum, həm düyün günü kimi yazıbmış. Qismətimdəki bəy isə nə gizlədim çox kaprizimə dözüb. Mənim kimi müşgül adama evlənmək təklif etmək özü böyük sevgidən xəbər verir. Bu gündə bir dəfə anam məni bu işıqlı dünyaya gətirmişdi. İkinci baharı bu gündə mənə sən bəxş etmək istədin. İnşallah gözəl, mənalı günlər ömrümüzə yazılar. Yaşar İsakov, adın kimi xoş günlər yaşadarıq bir-birimizə… Tanrı sevənlərimizi qorusun.

Ayrı-ayrı minlərlə mesaja cavab verə bilmirəm. Məlum, bu gün həm də bizim toyumuzdur. Müəyyən hazırlıqlarla məşğulam. Toyumuza uzaqdan-yaxından gələnlərə, doğum günüylə bağlı təbrik mesajı yazanlara, bütün dostlara, tanışlara təşəkkürümü bildirirəm. Minnətdaram əzizlərim. Var olun! Hər an dostlar, doğmalarla, qohumlar, əzizlərlə gözəldir”./gununsesi.info/

MediaFax