Tanınmış jurnalist APA-dan kənarlaşdırıldı - Səbəb+Açıqlama

"APA Holdinq”in əməkdaşı, jurnalist Fərahim İlqaroğlu Qasımov işdən kənarlaşdırılıb.

MediaFax.Az xəbər verir ki, bu barədə o, özünün facebook səhifəsində yazıb.
 
O, bildirib ki, APA Holding ilə yolları ayrılıb: "İşdən çıxarılmama səbəb kimi mənim jurnalist Eynulla Fətullayevin paylaşdığı postda mitinqdən olan bir fotonu şərh kimi işdən uzaq yerləşdirməyim və eyni zamanda "Azadlıq" qəzetində çalışan həmkarlarımı müdafiə etməyim göstərildi. Müqaviləmə xitam verən şirkət gecə-gündüz, bayram-bazar demədən işləməyimi, eyni zamanda himayəmdə azyaşlı körpə, işləməyən yoldaşım, atam və anam, banka olan böyük məbləğdə kreditlərimi nəzərə almadı”.
 
X X X
 
"APA Holdinq"in prezidenti Vüsalə Mahirqızı isə Fərahim Qasımovun işdən çıxma səbəbini belə izah edib: "APA Holding"də adamları işə mən qəbul edib, mən də işdən çıxarıram. Nə işə götürəndə kimdənsə rəy alıram, nə də çıxaranda. Bəlkə bundan sonra qəbul və işdən azad etməni "facebook" istifadəçilərinin müzakirəsinə təqdim edib, sonra məsələni həll etməliyik? Mənə bu müzakirələrlə təzyiq etmək mümkün deyil. Hər işçiyə işdən çıxma səbəbi izah olunur. İş üçün ayrılmış vaxtda işlə məşğul olmaq lazımdı. Çirkinləşməyin!"

MediaFax