Cüdo və sambo üzrə 11 qat dünya, 8 qat Avropa çempionu Zülfiyyə Hüseynova ona verilməli olan təqaüdü ala bilməməsindən şikayətlənmişdi.
Xanım idmançı bununla bağlı Gənclər və İdman Nazirliyinə müraciət etdiyini bildirmişdi.
Bu məsələ ilə bağlı Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova ilə əlaqə saxladıq. O, açıqlamasında bildirib ki, təqaüd məsələsinə Milli Olimpiya Komitəsi (MOK) baxır.
MOK-un mətbuat xidmətindən isə saytımıza bildiriblər ki, Zülfiyyə Hüseynova sambo üzrə dünya çempionu olduğu üçün ona təqaüd verilmir:
"Zülfiyyə xanım nəticələsini sambo üzrə qazanıb. Bu idman növü də Olimpiya idman növlərinə daxil deyil. Belə halda ona təqaüd düşmür. Əgər o hər hansı Olimpiya idman növündə dünya və ya Avropa çempionu olsaydı, təqaüd alacaqdı”.
Hüseynovanın 1995-ci ildə hərbçilər arasında Olimpiya çempionu olmasına gəlincə, MOK buna görə təqaüd verilmədiyini qeyd ediblər./qafqazinfo.az/
MediaFax