1958-ci ildə "Qızıl top"a sahib olmuş fransalı futbolçu Raymon Kopa vəfat edib.
"France Presse" agentliyinin verdiyi məlumata görə, məşhur hücumçu 85 yaşında dünyasını dəyişib.
Kopa 1958-ci il dünya çempionatının bürünc mükafatçısı, İspaniya "Real Madrid"inin heyətində Çempionlar Kubokunun üçqat qalibi (1956, 1958, 1959) olub. O, 4 qat Fransa çempionu və İspaniya La Liqasının ikiqat qalibidir.
Mərhum forvard Fransa millisinin heyətində 45 oyuna 18 qol vurub. O, Fəxri Legion ordeninə (1970) layiq görülmüş ilk futbolçu olub./report.az/
MediaFax