Tanınmış aktyorumuz taksi sürücüsü işləyir? - Yenilənib

14:07 
 
Akademik Milli Dram Teatrının tanınmış aktyoru, əməkdar artist Ayşad Məmmədov Bakıdakı taksi xidmətlərindən birində fəaliyyətə başlayıb.

Aktyor bir neçə gündür özünü taksi sürücüsü kimi sınayır.

Xatırladaq ki, A.Məmmədov geniş tamaşaçı kütləsinə Ramiz Əzizbəylinin rejissoru olduğu "Bəxt üzüyü" filmindəki Hüseyn obrazıyla tanınıb./ölkə.az/
 
----------
15:17 
 
Akademik Milli Dram Teatrının tanınmış aktyoru, Əməkdar artist Ayşad Məmmədov taksi sürücüsü işləməsi ilə bağlı yayılan xəbərə aydınlıq gətirib.

Aktyor açıqlamasında məlumatın yalan olduğunu deyib: "Mən teatrda hər hansı bir rolu təhvil verən zaman heç bir jurnalist mənə zəng edib soruşmur ki, filan rolu necə oynadın. Taksi sürücüsü işləyirəm xəbərinə görə ölkə mətbuatının zənginin ardı-arası kəsilmir. Taksi sürücüsü kimi məşhur oldum. Deməli mətbuata teatr maraqlı deyil. Bir də ki, taksi sürücüsü işləmək ayıbdır məgər? Taki sürücüsünün məndən nəyi əksikdir? Taksi sürücüsü işləmək şərəfsizlikdir? Mən taksi sürücüsü deyiləm. Məni belə tədqim edən şəxs görünür məni tanımır”. 

A.Məmmədov bu məlumatın xəbərsizlikdən yayıldığını deyib: "Mənim yaşayış imkanım əladır. Prezident mükafatı alıram, məvacibim də əladır”.

Qeyd edək ki, yayılan xəbərlərdə A.Məmmədovun taksi xidmətlərindən birində fəaliyyətə başladığı bildirilir./aznews.az/
 
----------
14:07 


MediaFax