Tanınmış aktyora böyrək köçürüldü - Yenilənib

10.01.2017 
18:26 
 
Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının aktyoru Rəhim Rəhimov sabah əməliyyat olunacaq. 

Böyrək çatışmazlığı xəstəliyindən əziyyət çəkən aktyora qan lazmdır. 

Bu haqda R.Rəhimovun yaxınları sosial şəbəkədə elan verib: "Aktyor Rəhim Rəhimova təcili 2Rh(+) və 2Rh(-) qrup qan lazımdır. Bilirsiniz ki, Rəhim uzun zamandır ki, böyrək çatışmazlığından əziyyət çəkir və nəhayət, sabah ona böyrək nəql olunacaq. Xahiş edirik ki, dostlar, qanınız uyğundursa, bu gözəl insana yardım edin. 2 azyaşlı uşağı var”. 

Qeyd edək ki, aktyora qan vermək istəyənlər  055 770 05 49 nömrəsi ilə əalqə saxlaya bilər./musavat.com/
 
========
19:05 
 
Azərbaycan Dövlət Kukla Teatrının aktyoru Rəhim Rəhimov əməliyyat olunub.
 
Bu barədə teatrın mətbuat katibi Həmidə Rüstəmova məlumat verib.
 
Onun sözlərinə görə, aktyora Mərkəzi Neftçilər Xəstəxanasında böyrək köçürülüb: "Əməliyyat uğurla başa çatdı, Rəhim Rəhimova böyrək köçürüldü. Həm aktyorun, həm də donorun vəziyyəti stabildir. Aktyorun vəziyyəti ilə bağlı Mədəniyyət və Turizm Nazirliyindən teatrın rəhbərliyi ilə mütəmadi olaraq əlaqə saxlayıb, vəziyyətlə maraqıblar. Rəhim Rəhimova dəstək olan, daim maddi və mənəvi köməklik edən, onun səhhətini gündəmdə saxlayan həmkarlarımıza təşəkkür edirik”.
 
Qeyd edək ki, R. Rəhimov 1979-cu ildə Bakıda anadan olub. 1997-ci ildən Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında çalışır. O, uzun müddətdir böyrək çatışmazlığından əziyyət çəkirdi./APA/

MediaFax