Tanınmış aktyor Bakıya niyə gəlir?

Tanınmış aktyor və heyvan haqları müdafiəçisi Semih İğidgül "Heyvanlar üçün Mərsindən Bakıya” adlı motosiklet tutruna başlayıb.

Türkiyə mətbuatı xəbər verir ki, hazırda Dənizli şəhərinin Çameli qəsəbəsinə çatan 60 yaşlı İğidgül səfəri müddətində sığınacaqlara, heyvan dərnəklərinə baş çəkəcək, valilikləri, bələdiyyələri bir-bir dolaşacaq.

Heyvanların səsi, onların dili olaraq bu yürüşə çıxdığını deyən heyvan haqları müdafiəçisi səfərinin Qara dənizi keçərək Batumi və Tifisdən sonra Bakıda yekunlaşacağını bildirib.

"3-4 il əvvəl kiçik avtobusla Kipr daxil bütün Türkiyəni dolaşdım. Ötən il də motosikletlə 20 min kilometr məsafə qət etdim. Bütün bunları heyvan qətlimalarına son demək üçün etdim. Bu dünya təkcə insanlar üçün yaradılmayıb. Mən heyvanların da canlı olduğuna diqqəti çəkmək üçün bu yola çıxdım. Məqsədim insanlara onların da bizim kimi canlı olduqlarını anlatmaqdır. Allah qəza-bəla verməsə, yollarda ölüb qalmasam, heyvan haqları üçün bu səfərimi tamamlayacağam”.

S.İğidgül bildirib ki, heyvan haqları həm Türkiyədə, həm də Azərbaycanda pozulur. Qanunlar var, amma onlara əməl edən yoxdur. İki ölkə arasında heyvan haqları mövzusunda bir körpü olacağını deyən yürüşçü Bakıda prezident İlham Əliyevlə də görüşəcəyini qeyd edib.

O, yürüşü zamanı insanların onu bölgəlrdə çox səsmi qarşıladıqlarını, quru çörəklərini bölüşüb evlərinə qonaq apardıqlarını deyib. Növbəti dayanacağının Fəthiyyə olduğunu bildirən S. İğidgül Dalaman, Ortaca, Marmarisi ziyarət edərək oradakı heyvan dərnəklərinə baş çəkəcək.

Qeyd edək ki, S.İğidgül "Fox TV”də yayımlanan "NO:309” serialında rol alıb./virtualaz.org/

MediaFax