Tanınmış aktrisa Bakının qonağı olacaq

Türkiyənin məşhur aktrisası Yasemin Allen Bakının qonağı olacaq. 

Bu haqda Nizami Kino Mərkəzinin PR meneceri Arzu Əhmədova məlumat verib: "Yanvarın 5-də Nizami Kino Mərkəzində "Dönərsə, sənindir” filminin qala gecəsi keçiriləcək. Gecədə filmin baş rol ifaçısı Murat Bozla aktrisalar Yasemin Allen və İrem Sakın da iştirak edəcək. Biz aktrisaların gəlişi ilə bağlı danışıqlar aparırdıq, artıq onların da iştirak edəcəyi dəqiqləşib. Qala gecəsinin biletləri 23 manatadır”. 

Qeyd edək ki, ayrılıqdan sonra yaşanan depressiyanı və sevgilini geri döndürmə səylərini əyləncəli bir dillə izah edən "Dönərsə, sənindir” filmi Mehmet (Murat Boz), həyatının eşqi Selin və ayrıldıqdan sonra Selini geri qazanmaq üçün Mehmetə kömək edən Defnədən bəhs edir. 

Prodüserliyini TAFF-nın boynuna götürdüyü filmin rejissoru Erol Özlevidir. Ssenarisi isə Gizem Elçi və Oğulcan Türeyə məxsusdur./musavat.com/

MediaFax