Talassemiyalı xəstələr azalıb - Nazirlik

Azərbaycanda ilk dəfə qoyulmuş diaqnozla qeydə alınmış talassemiyalı xəstələrin sayı azalıb.

Səhiyyə Nazirliyindən saytımıza verilən məlumata görə, ötən il 213 nəfər xəstə qeydiyyata alınıb. 2014-cü ildə isə 530 nəfər xəstə qeydiyyata alınmışdı. Ötən il müalicə-profilaktika müəssisələrində 2593 talassemiyalı xəstə qeydiyyata alınıb ki, onlardan da 1691-i 17 yaşadək uşaqlardır.

Rəsmi məlumatlara görə, hazırda hər 12 nəfərdən biri talassemiya daşıyıcısıdır. Daşıyıcılar praktiki sağlam sayılırlar, onların adətən heç bir şikayəti olmur. Hazırda Azərbaycanda daşıyıcıların tezliyi 8 faizdir.

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə ailə qurmaq istəyənlər məcburi tibbi müayinədən keçirilirlər./virtualaz.org/

MediaFax