Suriyada vəziyyət daha da gərginləşir

Suriyada hökumət qüvvələri ilə atəşkəs sazişini imzalamış silahlı qruplaşmalardan biri "Ceyş əl-İzza” atəşkəs rejimindən çıxdığını elan edib.

Bu barədə qruplaşma yanvarın 29-u sosial şəbəkələr vasitəsilə elan edib. Onlar bu addımı Suriya ordusu və Rusiya təyyarələrinin atəşkəsi pozması ilə izah edib.

Qeyd edək ki, Suriyada atəşkəs rejimi ötən ilin dekabrında Rusiya, Türkiyə və İranın vasitəçiliyi ilə əldə olunmuşdu./trend.az/

MediaFax