“Suriya qaçqınları gizli şəkildə Azərbaycana gətirilir” - İddia

"Şərq-Qərb Araşdırmalar Mərkəzinin" rəhbəri Ərəstun Oruclu "Facebook" səhifəsində rezonans doğuracaq xəbər paylaşıb.
 
Politoloq Türkiyədə məskunlaşan suriyalı qaçqınların müntəzəm olaraq təyyarələrlə ölkəmizə gətirildiyini yazıb. 

"Bir neçə fərqli mənbədən əldə etdiyimiz məlumata görə, Türkiyə Hava Yolları İstanbul-Bakı reysi ilə uçan təyyarələrlə ölkəyə müntəzəm olaraq suriyalı qaçqınlar gətirilir. Prosedur təxminən belədir: İstanbul hava limanında Türkiyə dövlət qurumlarının nümayəndələri qaçqınları siyahı üzrə çağıraraq təyyarənin salonuna ötürürlər (hər təyyarəyə təxminən 50-60 nəfər), amma bu "sərnişinlərin" Bakıda kimlər tərəfindən qarşılandığı və haraya yerləşdirildiyi barədə məlumat yoxdur".
 
 

Politoloq statusunun sonunda "bir gün aydın olsa ki, suriyalı qaçqınların ölkəmizdə yerləşdirilməsi barədə Türkiyə və Azərbaycan hakimiyyətləri arasında ictimaiyyətdən gizli saxlanılan saziş imzalanıbmış, təəccüblənməyin" deyə xəbərdarlıq edib.

Məsələ ilə bağlı saytımıza açıqlama verən Ərəstun Oruclu bu məlumatları kifayət qədər mötəbər mənbələrdən aldığını deyib./qaynarinfo.az/

MediaFax